“Tələbə Gənclər Təşkilatı qazandırır” adlı tədbir keçirilib
18-11-2021, 17:36
300

“Tələbə Gənclər Təşkilatı qazandırır” adlı tədbir keçirilib

TehsilForumu.Az - Bakı Dövlət Universitetinin Fizika və Kimya fakültələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) təşəbbüsü ilə 17 noyabr - Beynəlxalq Tələbə Günü münasibətilə “Tələbə Gənclər Təşkilatı qazandırır” adlı tədbir keçirilib.


Tədbirin moderatoru Kimya fakültəsinin 1-ci kurs tələbəsi Mehriban Ağabəyli Beynəlxalq Tələbə gününün tarixi ilə bağlı ətraflı məlumat verib.
Kimya fakültəsinin TGT sədri Əli Qədirli çıxışında Tələbə Gənclər Təşkilatının tələbələrin özünü inkişafına olan təsirindən və təşkilatın strukturundan bəhs edib.



Daha sonra Fizika fakültəsi TGT sədri Təranə Məmmədova BDU-da tələbə təşkilatları və könüllülük fəaliyyətinin çoxşaxəli tədbirlərindən bəhs edib, tələbə gənclərin ölkəmizin ictimai həyatındakı roluna diqqət çəkib.

0 0

Şərhlər

Oxşar xəbərlər