Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib
18-11-2021, 15:29
266

Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib

TehsilForumu.Az məlumatına görə, forumda dövlət qurumlarının rəsmi nümayəndələri, ölkənin bütün şəhər və rayonlarından fəallıqları, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan yay məktəbinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə məxsus 350-yə yaxın uşaq iştirak edib.Forumda dövlət himni səsləndirilib. Bədii kompozisiya nümayiş olunub.

Daha sonra Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin təbrik məktubunu iştirakçılara çatdırıb.

Forumda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Prezident İlham Əliyevə məktubuna görə uşaqlar və öz adından təşəkkürünü bildirib. O qeyd edib ki, foruma hazırlıq mərhələsində müxtəlif maarifləndirici tədbirlər keçirilib. Uşaqların dövlət rəsmiləri və digər tanınmışlarla görüşləri təşkil olunub. Forum uşaq hüquqlarının qorunması, təbliği, qanunvericiliyin təkmilləşdirilməsi, dövlət proqramları və fəaliyyət planlarının hazırlanmasında uşaqları fikirlərinin nəzərə alınması baxımından vacib platformaya çevrilib: “Bu dəfə də yekunda vacib qərarlar veriləcək. Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlanacaq, beynəlxalq təşkilatlara müraciət olunacaq".

Daha sonra Regional İnkişaf İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva çıxış edərək uşaq hüquqlarından danışıb. O,
“2020-2030-cu illər üzrə Uşaq Strategiyası”nın vacibliyini vurğulayıb.
UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Min Yuan pandemiyanın təsirindən söz açıb: "Pandemiya təhsil, təlim, asudə vaxtınızı mənalı keçirmə imkanlarınıza müdaxilə edib. Bəzilərinin bəlkə də online dərslərə çıxışı olmayıb. Bəzi uşaqlar bu dövrdə özlərini tənha, çətin vəziyyətdə hiss edib.


Pandemiya uşaqların sağlamlığına çətinliklər yaradıb. Amma bu sahədə Azərbaycan hökuməti tərəfindən görülən tədbirləri yüksək qiymətləndiririk. Uşaqlar arasında bu qədər enerji gücü görmək xoş təəssürat bağışlayır".
Forumda Türkiyə ilə tele-körpü yaradılıb. Forum 7 qrupdan ibarət müxtəlif mövzularda müzakirələr şəklində davam edib.


0 0

Şərhlər

Oxşar xəbərlər