Prokurorluq valideynlərin xəbəri olmadan övladın məktəbdə təhsil alması məsələsini NƏZARƏTƏ götürdü
18-11-2021, 07:01
588

Prokurorluq valideynlərin xəbəri olmadan övladın məktəbdə təhsil alması məsələsini NƏZARƏTƏ götürdü

Siyəzən şəhəri 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi tərəfindən 2020-ci ildə rayon sakini 2014-cü il təvəllüdlü Yusif Ağayevin sənədlərinin 4 nömrəli uşaq bağçasından götürülərək, Təhsil Nazirliyinin müvafiq informasiya elektron portalına daxil edilməsi və nəticədə 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul etdirilməsi, 2021-ci ildə isə şagirdin tədris prosesində iştirakı olmadan növbəti 2-ci sinfə keçirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
TehsilForumu.Az xəbər verir ki, Siyəzən Rayon Prokurorluğunda aparılan araşdırma zamanı valideynlərin bu barədə Yusif Ağayevin 1-ci sinfə qəbul olunması üçün digər tədris müəssisəsinə müraciət edərkən xəbər tutmaları və bu səbəbdən də azyaşlının təhsil alması üçün müraciət etdiyi Siyəzən şəhəri, 3 nömrəli tam orta məktəbdə 1-ci sinfə buraxılmaması müəyyən edilib.
 
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
 
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
0 0

Şərhlər

Oxşar xəbərlər