“Prodrive” peşəkar sürücülük məktəbi sürücülük təlimlərinə qeydiyyat elan edir
17-11-2021, 15:55
459

“Prodrive” peşəkar sürücülük məktəbi sürücülük təlimlərinə qeydiyyat elan edir

TehsilForumu.Az xəbər verir ki, 17 Noyabr 2021-ci il tarixindən etibarən Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Prodrive” Peşəkar Sürücülük Məktəbi sürücülük təlimlərinə qeydiyyat elan edir.


Təlim sürücülük sahəsində 25 ildən çox tədris təcrübəsinə malik olan Mərkəzin nəzdində fəaliyyət göstərən Abşeron Binə Peşə Liseyi və 6 nömrəli Bakı Peşə Məktəbində həm nəzəri, həm də praktiki biliklər əsasında təşkil olunacaq. Proqram əsasında aparılan nəzəri dərslərin ənənəvi və onlayn formada həftədə 3 dəfə olmaqla tədris olunması nəzərdə tutulur.

Avtomobil sürmə üzrə praktiki dərslər Mərkəzin hər iki korpusunun xüsusi  avtodromlarında mexaniki və avtomatik sürət qutusuna malik avtomobillərdən istifadə edilməklə təşkil edilir. Bundan əlavə peşə təhsil müəssisəsinin müasir avtotrenajor kompleksində yer alan simulyatorlar da təlimə qatılanların istifadəsində olacaqdır.

Təlimlər ödənişli əsaslarla həyata keçiriləcəkdir. Nəzəri təlim kursunu uğurla bitirən iştirakçılara Dövlət Yol Polisinin qeydiyyat-imtahan mərkəzlərində sürücülük vəsiqəsinin alınması imtahanına təqdim etmək üçün Təhsil Naziriliyindən şəhadətnamə veriləcək.


Təlimlərə qeydiyyat  17 noyabr 2021-ci il tarixindən başlanılır. Təlimlərə qatılmaq üçün www.prodrive.az veb səhifəsi üzərindən qeydiyyatdan keçmək tələb olunur.
0 0

Şərhlər

Oxşar xəbərlər