ADU-da Könüllü Proqramı çərçivəsində təlimlərə start verilib
17-11-2021, 14:40
425

ADU-da Könüllü Proqramı çərçivəsində təlimlərə start verilib

Noyabrın 17-dən etibarən Azərbaycan Dillər Universitetində universitetin Pedaqogika kafedrasının nəzdində İnklüziv Təhsil Mərkəzində (CİNE) Könüllü Proqramı çərçivəsində təlimlərə start verilib. 

TehsilForumu.Az xəbər verir ki, tədbir zamanı adıçəkilən kafedranın müdiri, CiNE-nin rəhbəri N.Zeynalova tədbiri açıq elan edib, universitetin Təhsil 1 fakültəsinin dekanı F.Cahangirov isə iştirakçılara uğurlar arzulayıb. 

Daha sonra söz növbə ilə digər çıxış edənlərə verilib. 

"Birgə və Sağlam" İB-nin baş psixoloqu Nərmin Rəhimli "Autizm nədir?" və defektoloq-loqopedi Nigar Həsənova "Loqopediyanın əsas anlayışları" mövzusunda mərkəzin könüllülərinə seminarlar keçiblər. 

Fəaliyyət planına uyğun olaraq təlimlərin davamlı və fasiləsiz şəkildə tənzimlənməsi nəzərdə tutulub.
0 0

Şərhlər

Oxşar xəbərlər