Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
20-02-2025, 15:05
371

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

TehsilForumu.Azxəbər verir ki , Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

 25 fevral saat 15:00-dan etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq. Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I – X sinifləri əhatə edəcək.

 Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.

Qeyd edək ki, 25 fevral 2025-ci il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.


Nigar Məmmədova Əlimirzəyeva 

0 0

Şərhlər

Oxşar xəbərlər