Azərbaycanlı yeniyetmə dünya çempionu oldu
17-11-2021, 10:20
536

Azərbaycanlı yeniyetmə dünya çempionu oldu

Bakı şəhəri 6 nömrəli lisey məktəbinin 6-cı sinif şagirdi Ənvər Nəcəfov Abu Dabidə (BƏƏ) keçirilən braziliyalı ciu-citsu üzrə yeniyetmələr arasında (50 kq çəki dərəcəsində) dünya çempionu olub.

TehsilForumu.Az xəbər verir ki, yeniyetmə idmançının məşqçisi qara kəmər sahibi, braziliyalı ciu-citsu üzrə ikiqat dünya çempionu, beynəlxalq yarışların qalibi Ceyhun Quliyevdir.

Əbu-Dabidə keçirilən ciu-citsu üzrə dünya çempionatına ümumilikdə dünyanın bir çox ölkəsindən yüzdən çox güləşçi gəlib.
0 0

Şərhlər

Oxşar xəbərlər