Bu il keçirilən imtahanlarda nəzarətçilər bazası 16 min 346 nəfərdən ibarət olub.
16-11-2021, 15:00
492

Bu il keçirilən imtahanlarda nəzarətçilər bazası 16 min 346 nəfərdən ibarət olub.


2021-ci ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası 16 min 346 nəfərdən ibarət olub.
Bu barədə TehsilForumu.Az - a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bazada qadın nəzarətçilərin sayı 13 min 238 (81 faiz), kişi nəzarətçilərin sayı 3 min 108 (19 faiz) nəfərdir. Onlardan 14 min 597-si (89,3 faizi) ali təhsilli, 1749-u (10,7 faizi) orta ixtisas təhsillidir. Nəzarətçilər bazasında 70 nəfər fəlsəfə doktoru, 910 nəfər magistr elmi dərəcəsi almış zal nəzarətçisi var (ümumi bazanın 6 faizi). Bazanın 96 faizi orta ümumtəhsil müəssisələrinin əməkdaşlarından ibarətdir.


0 0

Şərhlər

Oxşar xəbərlər