Müharibə uşaqları” sənədli filminin çəkilişləri davam edir.
16-11-2021, 12:16
572

Müharibə uşaqları” sənədli filminin çəkilişləri davam edir.

TehsilForumu.Az Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında “Müharibə uşaqları” sənədli filminin çəkilişləri davam edir.
Kinostudiyadan  bildirilib ki, bu ekran əsəri müharibə dövründə Gəncə, Bərdə, Tərtər və digər bölgələrimizə atılan raket zərbələri nəticəsində travma almış uşaqların, post-müharibə dövründə psixoloji reabilitasiyası üçün Kukla Teatrının həmin bölgələrə qastrola çıxması ilə bağlı ilham və ümidverici bir filmdir.
Xronometrajı 25 dəqiqə olan filmin prodüseri Fariz Əhmədov, ssenari müəllifi və rejissoru Leylaxanım Qənbərlidir.
0 0

Şərhlər

Oxşar xəbərlər