Xınalıqda məşhurlaşan İbrahim: “Təhsilimi Türkiyədə davam etdirəcəm”
15-03-2023, 18:00
725

Xınalıqda məşhurlaşan İbrahim: “Təhsilimi Türkiyədə davam etdirəcəm”

"Özünü başqalarından fərqli görmək bəzən təkəbbürlə nəticələnə bilər" 


Xınalıq kəndindən olan 13 yaşlı İbrahim son günlər sosial şəbəkələrin qəhrəmanına çevrilib. Onun polşalı səyyah-blogerlə ingilis dilində danışaraq qədim Xınalıq kəndi haqqında ətraflı məlumat verməsi diqqət çəkib.

 

TehsilForumu.Az xəbər verir ki , bu gün AzEdu.az portalının redaksiyasında qonaq olan İbrahim Zeynalov xəyalında olduğu peşə, örnək aldığı şəxslər haqqında sualları cavablandırıb.

 

 - İbrahim, xəyalında olduğun bir peşə varmı?

 

- Hüquqşünaslıq həmişə marağımı çəkir. Hələ ki tam qərar verməmişəm, amma hakim də olmaq istəyərəm.

 

- Nə vaxtsa xarici ölkəyə getmək haqqında düşünmüsən?

 

- Bu haqda çox düşünmüşəm. Təhsilimi Türkiyədə davam etdirəcəm. Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi Təşkilatı (MÜSİAD) isə məni müəyyən bir müddətə İngiltərəyə yay məktəbində praktikaya göndərəcək.

 

- Örnək aldığın kimsə var?

 

- Biz dağların əhatəsində yaşayırıq. Yaşadığımız ərazi ilə əlaqədar örnək olaraq seçəcəyimiz insan sayı məhduddur. Ancaq məni böyüdüb boya-başa çatdıran valideynlərim həm ən böyük dəstəkçim, həm də örnək aldığım insanlardır. Amma idealım olaraq sözlərilə mənə, düşüncələrimə çox təsir edən yamaykalı müğənni, musiqiçi və bəstəkar Bob Marlinin adını çəkə bilərəm. Onun yaxşı aforizmləri var.

 

- Özünü yaşıdlarından fərqli hiss edirsən?

 

- Özünü başqalarından fərqli görmək bəzən təkəbbürlə nəticələnə bilər. Ona görə də özümü digərlərindən fərqləndirmirəm. Hər kəs kimi toplumun bir parçası olmağa çalışıram.

 

P.S. Balaca müsahibimiz Türkiyə səfiri ilə görüşə tələsdiyindən "digər suallarınız sonraya qalsın" deyərək söhbətin tez yekunlaşmasını istədi, biz də onun xahişilə razılaşdıq.
İbrahimə Azərbaycan Beynəlxalq Maarif Məktəblərindən təhsil təklifi gəlib.
0 0

Şərhlər

Oxşar xəbərlər