"Müəllim bu adı şərəflə, ləyaqətlə daşımalı, fədakarlığını maddiyyata görə hesablamamalıdır" - MÜSAHİBƏ
13-12-2022, 12:23
546

"Müəllim bu adı şərəflə, ləyaqətlə daşımalı, fədakarlığını maddiyyata görə hesablamamalıdır" - MÜSAHİBƏ

"Mənim əziz müəllimim” layihəsinin növbəti iştirakçısı Göygöl rayon Köşkü kənd tam orta məktəbin coğrafiya müəllimi Leyla Rzayevadır.

TehsilForumu.Az  xəbər verir ki, Leyla müəllim “Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Gənc müəllimlərin II şəbəkələşmə formu”, “STEAM möcüzəsi dördüncü sənaye inqilabına doğru” , “Analitik öyrənmə və sürətli oxuma”, “Xaricdə təhsil” “Bioenerji ile duyğu dönüştürme” , “Koordinator məktəbi”, “Məktəb mentorları”, "Təhsildə yeni çağırışlar III beynəlxalq formu" , "Layihə planlaşdırılması və layihə təklifinin hazırlanması" və digər təlim və seminarlarda iştirak edib. Leyla müəllim həmçinin, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Göygöl rayon üzrə koordinatorudur.

Leyla müəllimlə olan müsahibəni təqdim edirik:

- Müəllimlik peşəsini seçməyinizin əsas səbəbi nədir?

- Müəllimlik peşəsini seçməkdə ilk yol göstərənim valideynlərim olub. Valideynlərim həmişə deyirdi ki, qızım, müəllimlik peşəsi ən şərəfli,ən müqəddəs peşədir. Bu peşəni seçsən, heç vaxt peşman olmazsan.

- Bir müəllim olaraq özünüzü necə tanıda bilərsiniz?

- Müəllim bu adı şərəflə ,ləyaqətlə daşımalı, fədakarlığını maddiyyata görə hesablamamalıdır. Çünki bizim yetişdirdiyimiz şəxsiyyət gələcəkdə nəinki bizə, millətinə dövlətinə başucalığı gətirə bilər.

- İdeal müəllim necə olmalıdır? Özünüzü ideal müəllim hesab edirsiniz?

- Müəllim sinifə girən zaman qarşısında şagird yox şəxsiyyət görməlidir. Şagirdlərinə sevgi ilə yanaşmağı bacarmalıdır. Sevgi ilə şagirdin əvvəl qəlbinə sonra beyninə girməyi bacarmalıdır.Əsl müəllim kitabdan deyil ürəkdən öyrətməyi bacarmalıdır.

- Müəllim namizədlərə müəllimliyi xəyal edənlərə nə tövsiyə edərsiniz?

- XXI əsrdə zamanın tələbinə uyğun olaraq şagirdləri təəccübləndirmək çətin hətta mümkünsüzdür.Texnologiyanın həyatımızda tüğyan etdiyi vaxtda şagirdi gələcəyə düzgün hazırlamalı, dərsləri müasir üsullarla təşkil etmək lazımdır.

 - Müəllim olaraq ən xoşbəxt olduğunuz an hansıdır?Mənimçün xoşbəxtlik şagirdlərimin sevinməsi və nailiyyət əldə etməsidir. Şagirdlərim xoşbəxt olanda mən də xoşbəxt oluram.
0 0

Şərhlər

Oxşar xəbərlər