Lənkəran-Astara üzrə “Məktəb psixoloqu” müsahibəsinin növbəti mərhələsi keçirilib
11-12-2022, 11:46
473

Lənkəran-Astara üzrə “Məktəb psixoloqu” müsahibəsinin növbəti mərhələsi keçirilib

Dekabrın 10-da Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsində olan ümumi təhsil müəssisələri üzrə vakansiyaya çıxarılmış psixoloq vəzifəsinə namizədlərlə müsahibənin növbəti mərhələsi keçirilib.

TehsilForumu.Az xəbər verir ki, müsahibədə 2 namizəd uğur qazanıb. 

Qeyd edək ki, vakant olan məktəb psixoloqu vəzifəsinə müraciət müddəti davam edir.

Müraciət etmək istəyən şəxslərdən zəruri sənədləri Lənkəran-Astara Regional Təhsil İdarəsində yaradılmış komissiyaya təqdim etmələri xahiş olunur. 

Tələb olunan zəruri sənədlər:

- ixtisası üzrə ali təhsil diplomu və ona əlavənin əsli;

- şəxsiyyəti təsdiq edən sənədin əsli.
0 0

Şərhlər

Oxşar xəbərlər