Bağçalara müdir vəzifəsinə sənəd qəbulu davam edir..
24-12-2023, 11:06
543

Bağçalara müdir vəzifəsinə sənəd qəbulu davam edir..

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi davam edir.

 TehsilForumu.Az  xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 26 dekabr saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Namizədlərin hazırda məktəbəqədər təhsil müəssisəsində çalışması şərt deyil.

 

Qeyd edək ki, ötən müsabiqədə iştirak etmiş şəxslərin yenidən müraciəti mümkündür. Həmin şəxslərin elektron sənədlərinin statusu ilkin mərhələyə qaytarılıb.
0 0

Şərhlər

Oxşar xəbərlər