Sabah “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin CV turu yekunlaşır
30-05-2023, 15:10
334

Sabah “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin CV turu yekunlaşır

Mayın 31-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin CV turu yekunlaşacaq.

TehsilForumu.Az xəbər verir ki, CV turunda iştirak etməyən namizədlər əyani mərhələyə buraxılmayacaq. İştirakçılardan şəxsi kabinetə daxil olaraq “Şəxsi məlumatlar” bölməsində özləri haqda ətraflı məlumatları daxil etmələri tələb olunur.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Prezident İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
0 0

Şərhlər

Oxşar xəbərlər