Məktəblərə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanıb
31-10-2022, 13:01
569

Məktəblərə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanıb

Bu gündən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanıb.

TehsilForumu.Az xəbər verir ki, namizədlərin şəxsi səhifələrinə müsahibə mərhələsinin keçiriləcəyi tarix, məkan və tələb olunan sənədlər barədə məlumat göndərilib.

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda “Microsoft Teams” platforması vasitəsilə Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək.

Qeyd edək ki, hər günün sonunda müsahibə nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
0 0

Şərhlər

Oxşar xəbərlər