İyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir
7-10-2022, 11:58
286

İyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4233 nəfər müraciət edib. Bu gün saat 11:30-dək olan məlumata görə, 4233 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər