Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşəbbüsü ilə keçirilən "Ümumtəhsil məktəbləri arasında əməkdaşlıq layihəsi" - ƏTRAFLI
25-05-2023, 14:55
769

Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşəbbüsü ilə keçirilən "Ümumtəhsil məktəbləri arasında əməkdaşlıq layihəsi" - ƏTRAFLI

TehsilForumu.Azxəbər verir ki , 24.05.2023-cü il tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsi nin təşəbbüsü ilə keçirilən "Ümumtəhsil məktəbləri arasında əməkdaşlıq layihəsi" çərçivəsində Kürdəmir rayon M.Ə.Rəsulzadə adına 2 nömrəlli məktəb - liseyin pedaqoji heyəti və buraxılış imtahanında 200-dən yuxarı bal toplamış şagirdləri şəhərimizin və Liseyimizin qonağı oldu.
             İlk öncə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondu tərəfindən Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş sərgi ilə tanış olduq.
            Mingəçevir şəhər Təbiət Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey və Kürdəmir şəhər 2 saylı tam orta məktəb-lisey in yüksək nəticə qazanmış XI sinif şagirdləri arasında bilik yarışı keçirildi, şagirdlər Lisey rəhbərləri tərəfindən təltif edildilər.
            Pedaqoji heyəti müxtəlif siniflərdə Azərbaycan dili və riyaziyyat fənlər üzrə , ibtidai siniflərdə dərslər dinlənilmiş, müzakirə edilmişdir.
           Liseyin müəllimi Gülnar Nəsibova STEAM layihəsi üzrə VI sinifdə "Günəş işığının alınması " mövzusunda, fizika müəllimi Gülşən Məmmədova VII sinifdə təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tətbiqi ilə "Səs dalğaları və onların xüsusiyyətləri", kimya müəllimi Rafiq Qasımov VIII sinifdə təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tətbiqi ilə qonaqlar üçün yeni olan(yeni layihələr)maraqlı dərslər təqdim etdilər
          Sonda qonaqları şəhərimizin turistik, maraqlı yerləri : "Su Elektrik Stansiyası" ," “Kür” Olimpiya Tədris-İdman Mərkəzi ilə tanış oldular.
Görüş çox səmərəli keçdi.

Elnur . M .Müəllim işlərinizdə uğurlar arzulayırıq.



2 0

Şərhlər

Oxşar xəbərlər