"Müəllimlərimizi Tanıyaq" - Afaq Mahmudova
19-05-2023, 08:22
469

"Müəllimlərimizi Tanıyaq" - Afaq Mahmudova


"Müəllimlərimizi Tanıyaq" - Afaq Mahmudova rubrikamızda bu dəfə haqqında danışacağıq.

Mahmudova Afaq Nazim qızı 07.02.1983-cü ildə Ağdam rayonu Əliağalı kəndində anadan olmuşdur.

2000-ci ildə Ağdam rayon 2 saylı tam orta məktəbi bitirmiş, həmin il BDU Tarix fakultəsinə daxil olmuşdur.

2004-cü ildə BDU-ni bitirib, məzunu olduğu Ağdam 2 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi fəaliyyətə başlamışdır.

Ağdam rayon Baharlı-1qəsəbə tam orta məktəbində ikinci iş yeri kimi fəaliyyət göstərmişdir.

2012-ci ildən Ağdam rayon 102 nömrəli məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərir.

2021-ci ildə Təhsil Nazirliyinin təşkil etdiyi Direktorların İşə qəbulu müsabiqəsində iştirak etmiş və uğur qazanmışdır. Hal hazırda Ağdam 102 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edir.

Afaq Mahmudova müəllim kimi öz vəzifəsini Ali Baş Komandanımızın həyat keçirdiyi siyasəti nəticəsində, şəhid və qazilərimizin canı və qanı bahasına azad edilmiş doğulduğu Ağdam rayonunda davam etdirməyi düşünür.

Təhsil Forumu Sosial platforması adından Afaq müəllimə işlərində uğurlar diləyirik.
2 0

Şərhlər

Oxşar xəbərlər