
Layihələr
2-05-2023, 21:22
486
"Müəllimlərimizi Tanıyaq" - Həbibova Gülçəmən
"Müəllimlərimizi Tanıyaq" - Həbibova Gülçəmən rubrikamızda bu dəfə haqqında danışacağıq
Həbibova Gülçəmən Qaflan qızı 16.07.1989-cu ildə Xaçmaz rayonunun Susayqışlaq kəndində anadan olub.
1995-2006-cı illərdə Xaçmaz rayonu Susay kənd tam orta məktəbini əla qiymətlərlə bitirib.
Məktəbdə oxuduğu müddətdə məktəbə keçirilən tədbirlərdə fəal iştirak edib.
2008-ci ildə könüllü olaraq Yeni Azərbaycan Partiyasına üzv olub.
2008-2012-ci illərdə Elm və Təhsil Mərkəzi "Təfəkkür"Universtetinin Filologiya fakültəsində ali təhsil alıb.
2012-ci ildən Xaçmaz rayonu Susayqışlaq kənd uşaq bağçasına müdir vəzifəsinə təyin olunub. 2022-ci ilə qədər bu vəzifədə çalışıb.
Bu vəzifədə çalışdığı müddətdə rayonun ictimai tədbirlərində fəal iştirak edib. Bu fəallığına görə 2016-ci ildə və 2021-ci ildə Yeni Azərbaycan Partiyasının Xaçmaz rayonu üzrə Susayqışlaq ərazi ilk partiya təşkilatının sədr müavini seçilib.
2014-cü ildə və 2019-cu ildə Susayqışlaq bələdiyyəsinə üzv seçilib.
Eyni zamanda öz ixtisası üzrə repetitorluqla məşğul olur.
2022-ci il də MİQ imtahanında iştirak edib və 84.75 balla Xaçmaz rayonu Elşən Məmmədov adına Bostançı kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb.

AGMA-nın yeni işə qəbul olunmuş müəllimlərə dəstək məqsədilə keçirilən 8 təlimində iştirak edərək sertifikatlar əldə etmişdir.
Az bir müddətdə çalışmasına baxmayaraq şagirdlərinin sevgisini qazanan Gülçəmən müəllimə bu şərəfli peşəni şagirdlərinə sevə-sevə tədris edir.

Şərhlər