
Layihələr
30-04-2023, 08:00
595
"Müəllimlərimizi Tanıyaq" - Nurlana Əsgərova
"Müəllimlərimizi Tanıyaq" - Nurlana Əsgərova rubrikamızda bu dəfə haqqında danışacağıq
Əsgərova Nurlana Əlifağa qızı 1984-cü ildə Sabirabad rayonunda anadan olmuşdur.
11 illik təhsilin həmon rayonda tamamladıqdan sonra 2002-ci ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olmuş, 2006-cı ildə həmin universitetin məzunu olmuşdur.
2006-cı ildən Sabirabad rayonu Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi kimi fəaliyyətə başlamışdır. Hazırda da müəllim kimi fəaliyyət göstərir.
2013-cü ildə ixtisasartırma təliminin nəticəsi olaraq Həyat Bilgisi fənni də tədris etməyə başlamışdır.
2017-ci ildə fəaliyyət göstərdiyi məktəbdə pedaqoju şuranın qərarı ilə Həmkarların sədri seçilmişdir.
2018-ci ildə ARTİ-də Metodik Dəstək Və Peşəkar İnkişaf mərkəzi tərəfindən “Məktəbdə sağlam sosial-emosional mühitin fotmalaşdırılması” üzrə təlimçi seçilmiş və yaşadığı rayon üzrə məktəb idarə etmə heyyətinə əyani təlimlər keçmişdir.

01.02.2018-ci il 2 -N li əmrlə və 07.03.2018-ci il tarixində 21-N-li əmrlə rayonun içtimai-siyasi həyatındakı fəaliyyətinə görə Sabirabad rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunub.
2019-cu ildə Təhsiıdə İnnovativ Texnoıogiya Əlavə Təhsil Mərkəzinin təlimçisi seçilib və həmin təşkilat üzrə “Distant təlimlərin təşkili və keçirilmə qaydaları”, “Pedaqoji və İnzibati-idarəetmə heyəti üçün Elektron Məktəb platformasının istifadəsi”,”Məktəb sənədlərinin Elektronlaşması” “İKT”, “İnternet Resusları” platformaları üzrə təlimçi kimi fəaliyyət göstərmişdir. Hazırda da təlimçi kimi fəaliyyəti davam edir.
2022-ci ildən Ümümtəhsil müəssisələrində peşəyönümü xidmətin təşkili üzrə çalışdığı məktəbin koordinatorı təyin edilmişdir.
2022-ci ildə təhsildə səmərəli fəaliyyətinə görə Sabirabad RTS-nin müdrü Pəhlivan Qarayev tərəfindən Fəxri Fərmanla təltif olunub.
2023-ci ildə Mil-Muğan Regional Təhsil İdarəsinin müdri Rəşad Musayev tərfindən “Gənc Nəslin Təlim-Tərbiyəsi sahəsində göstərdiyi səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşdur.
Hazırda fəaliyyətini çalışdığı məktəbdə davam etdirir.



Şərhlər