"Müəllimlərimizi Tanıyaq" - Samid Cəfərov
27-04-2023, 10:05
507

"Müəllimlərimizi Tanıyaq" - Samid Cəfərov

"Müəllimlərimizi Tanıyaq" - Samid Cəfərov rubrikamızda bu dəfə haqqında danışacağıq

Cəfərov Samid Hicran oğlu 1990-cı ildə Şirvan şəhərində anadan olmuşdur. 

2007-ci ildə Şirvan şəhər 2 saylı tam orta məktəbdən çıxaraq Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə fiziki tərbiyə müəllimi vəzifəsinə işə qəbul olmuşdur.

2010-cu ildə kolleci bitirib hərbi xidmətdə olmuş və 2012-ci ildə hərbi xidməti başa vurmuşdur.

2014-cü ildə Şirvan şəhər Uşaq Gənclər İdman və Şahmat məktəbində Yunan Roma güləşi üzrə məşqçi müəllim kimi fəaliyyət göstərməyə başlamışdır.

2018-ci ildə müəllimlərin işə qəbul müsabiqəsində iştirak edərək Biləsuvar rayon Bəydili kənd Rüfət Mikayılov adına tam orta məktəbə müddətli müqavilə ilə qəbul olmuşdur.

Samid müəllimin aldığı əmək haqqı onun heç yolpulunu belə ödəməsə belə o qarşısına məqsəd qoyaraq fədakar müəllim prinsipini üstün tutmuşdur. O cari tədris ilində müsahibədən uğur qazanaraq daimiləşmişdir.

2019-cu ildə yenidən Miq müsabiqəsində iştirak edərək Neftçala rayon Kürkənd kənd Vüqar Soltanov adına ümumi orta məktəbə yerdəyişmə etmişdir.

Yaşayış yerinnən çox uzaq məsafədə olsa belə müəllim uşaqlara və peşəsinə olan sevgisindən heçdə yorulmayıb.

2020-ci ildə yerdəyişmə müsabiqəsində iştirak edərək Salyan rayon Qarabağlı kənd 2 saylı tam orta məktəbə yerini dəyişmişdir. Həmin il ərzində müəllim Gənc Müəllimlər Asossiasiyasının təşkilatçılığı ilə yeni layihə olan kişi müəllimlər arasında futzal yarışında öz işlədiyi Salyan rayonunun yığma komandasında kapitan kimi çıxış etmişdir.

2021-ci ildə yenidən müəllimlərin işə qəbul müsabiqəsində iştirak edib və uğur qazanaraq ikinci iş yerinə Kürdəmir rayon bala kəngərli kənd ümumi orta məktəbə müddətli müqavilə ilə qəbul olmuşdur. Elə həmən ili də Uşaq Gənclər və Şahmat məktəbindən çıxmışdır.

2022-ci il aprel ayında müəllimlərin iş yerinin daimiləşməsi müsabiqəsində uğur qazanaraq ikinci iş yerindədə daimiləşmişdir.

Samid müəllim Şirvan şəhərində yaşamağına baxmayaraq hər iki işi ayrı ayrı uzaq bölgələrdə yerləşməyinə baxmayaraq bu yolda davam etmişdir.

2022-ci ildə bəzi səbəblərə görə 2-ci iş yerinnən çıxmış və Salyan rayonunda fəaliyyətinə davam etmişdir.

Samid müəllim Salyan rayon Gənc Fiziki tərbiyə müəllimləri birliyinin koordinatorudur.

Samid müəllim sonda müəllim olmaq istəyən namizədlərə onu demək istəyir ki, əziyyət heç bir zaman yerdə qalmır. Allah hər bir əziyyətin bəhrəsini verir əlbət bir gün. Ona görədə bu peşə üçün fədakarlıq etməyə dəyər.
2 0

Şərhlər

Oxşar xəbərlər