"Müəllimlərimizi Tanıyaq" - Hüseynova Aynur
24-03-2023, 10:20
462

"Müəllimlərimizi Tanıyaq" - Hüseynova Aynur


"Müəllimlərimizi Tanıyaq" -  rubrikamızda bu dəfə  Hüseynova Aynur Elmar qızı haqqında danışacağıq.


Hüseynova Aynur Elmar qızı 01.10.1977-ci Gəncə şəhərində anadan olub.

1983- cü ildə Yevlax şəhəri Səməd Vurğun adına 5 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub.

1994- cü ildə orta məktəbi bitirib,həmin ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutuna daxil olub.1998-ci ildə həmin institutu bitirib, Nur-Əlnahar şirkətində tərcüməçi işləyib.

1999-cu ildə Yevlax Şəhəri Şıxəli Qurbanov adına 8 nömrəli tam orta məktəbdə alman-ingilis dili müəllimi kimi işə qəbul olub. Hal-hazırda həmin məktəbdə alman-ingilis dili  müəllimi kimi fəaliyyət göstərir.

İşlədiyi müddətdə tədris etdiyi xarici dilləri inkişaf etdirmək üçün müxtəlif təlimlərdə iştirak edərək sertifikatlar almışdır.

Müəllimlik fəaliyyətində daima şagirdlərinə vətənə, torpağa sevgini aşılatmışdir.

Uğurlar arzulayırıq !
0 0

Şərhlər

Oxşar xəbərlər