"Müəllimlərimizi Tanıyaq" - Ayten Elieva
27-01-2023, 11:30
424

"Müəllimlərimizi Tanıyaq" - Ayten Elieva


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Ayten Elieva haqqında danışacağıq

Əliyeva Aytən Oruc qızı 1983-cü il iyul ayının 29-da Cəbrayıl rayonunun Mahmudlu kəndində dünyaya göz açmışdır.

1989-cu ildə Sumqayıt şəhərində 33 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olunmuşdur.

Məktəbi yaxşı qiymətlərlə bitirdikdən sonra AMİ -na qəbul olaraq, həmin ali məktəbi fərqlənmə ilə bitirmişdir.

2003-cü ildə Sumqayıt şəhər internat tipli gimnaziyaya tərbiyəçi olaraq qəbul olunmuş, sonra isə ibtidai sinif müəllimi olaraq pedooji fəaliyyətinə davam etmişdir. 

2016-cı ildə elə həmin müəssisədə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə keçərək, hal-hazırda da həmin müəssisədə fəaliyyətini davam etdirir. 

Rəhbər vəzifədə çalışmağına baxmayaraq könüllü olaraq diaqnostik qiymətləndirmədə iştirak edərək 49 bal toplamışdır.

Bir çox təlimlərdə iştirak edib və edir. Düşünür ki, müəllim hər yaşda öyrənməlidir və öz üzərində işləməlidir.
0 0

Şərhlər

Oxşar xəbərlər