"Müəllimlərimizi Tanıyaq" - Eltac Əhədov
23-01-2023, 13:00
604

"Müəllimlərimizi Tanıyaq" - Eltac Əhədov


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə  Eltac Əhədov haqqında danışacağıq :

Əhədov Eltac Əlizadə oğlu 2014-2018 ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetin Fizika müəllimliyi təhsilini alıb.

2019-cu ildə ASK MMC şirkətində mühasib kimi işləmişdir. 

2020-ci ildə müəllimlərin işə qəbul imtahanında iştirak edərək Saatlı rayon 4 saylı tam orta məktəbində Fizika müəllimi kimi fəaliyyətə başlamışdır. 

2020-ci ildə müqavilə ilə Saatlı rayon Əliabad kənd ümumi orta məktəbində çalışmışdır. 

STEAM təlimlərində iştirak edərək 2021-ci ildə Saatlı rayon 4 saylı tam orta məktəbində STEAM müəllimi kimi də fəaliyyətə başlamışdır. 

2021-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edərək Saatlı rayon Varxankənd tam orta məktəbində 2-ci iş yeri müqavilə ilə Fizika müəllimi kimi fəaliyyətə başlamışdır. 

Kainat kursunda Fizika müəllimi kimi çalışır. 

2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə SAF (STEAM Azərbaycan Festivalı) 2022-də rəhbərlik etdiyi "Balaca dronçular"komandasının "Edu Dron kateqoriyasi" Energy team nominasiyasına laiq görülmüşdür.

0 0

Şərhlər

Oxşar xəbərlər