"Müəllimlərimizi Tanıyaq" - Novruzlu Turan
21-01-2023, 21:20
327

"Müəllimlərimizi Tanıyaq" - Novruzlu Turan



"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Novruzlu Turan haqqında danışacağıq :

Novruzlu Turan Surəddin oğlu 1994-cü ildə Şəmkir rayon Çənlibel kəndində anadan olub 

2001-ci ildə Şəmkir rayon Çənlibel kənd Rizvan Pirnəzərov adına tam orta məktəbin 1-ci sinifinə daxil olub. 

2011-ci ildə həmin məktəbi yaxşı qiymətlərlə başa vurub 2012-ci ildə Astara Pedaqoji kollecinin Texnologiya müəllimliyi ixtisasına daxil olub.

2013-2014-cü illərdə Daxili Qoşunların N saylı hərbi hissəsində hərbi xidmətdə olub. hərbi xidmət ərzində nümunəvi xidmət edib hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif olunub 

2014-cü ildən təhsilini yenidən Astara Pedaqoji kollecində davam etdirib. 

2018-ci ildə kolleci müvəffəqiyyətlə bitirərək müəllimlərin işə qəbul imtahanında iştirak edib uğur qazanaraq Cəlilabad rayon Oğrubulaq kənd orta məktəbinə texnologiya müəllimi olaraq yerləşdirilib. 

Ailə vəziyyəti ilə əlaqədar həmin yerdən imtina edib, 2019-cu ildə Şəmkir rayon Qasmallar kənd tam orta məktəbinə müddətli müqavilə əsasında yerləşdirilib. 

Səhəti ilə bağlı həmin məktəbdən ayrılıb, 2020-ci ildə yenidən Müəllimlərin işə qəbul imtahanında iştirak edib uğur qazanaraq Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta məktəbinə müddətli müqavilə əsasında təyin olunub. 

2021-ci ilin fevralında müsahibə mərhələsində uğur qazanaraq müddətsiz müqavilə əsasında işə qəbul olub.

Azerbaycan Respublikası Təhsil nazirliyi tərəfindən təşkil olunan "layihə planlaşdırılmasi və layihə təklifinin yazılması" təlimində iştirak edib sertifikatla təltif olunub.

2021 və 2022-ci illərdə " STEAM Azərbaycan layihəsi" çərçivəsində "layihə əsaslı öyrənmə" birplatali platforma üzərində kodlaşdırma" modelləşdirmə və dizayn" üzrə təlimləri müvəffəqiyyətlə bitirərək sertifikat ilə təltif olunub.

Hal hazırda Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta məktəbdə Texnologiya və STEAM dərsləri tədris edir.

2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə SAF (STEAM Azərbaycan Festivalı) 2022-de rəhbərlik etdiyi "Şəmkir pilotları"komandasının "Edu Dron kateqoriyasi" üzrə 2-ci yerə layiq görülərək gümüş medal qazanıb.

0 0

Şərhlər

Oxşar xəbərlər