Təhsil nikahdan öndə gəlir layihəsi uğurla tamamlandı
21-01-2023, 18:26
213

Təhsil nikahdan öndə gəlir layihəsi uğurla tamamlandı

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olan "Təhsil nikahdan öndə gəlir" adlı layihə uğurla tamamlandı. Layihə rəhbəri Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb liseyin ingilis dili müəllimi Leyla Camalzadə idi. 300-dən çox şagirdi, 4 məktəbi özündə birləşdirən layihənin əsas məqsədi - şagirdlərə təhsilin hər şeydən öndə olduğunu, erkən nikahın fəsadlı olduğunu göstərmək idi. Layihənin icra müddəti bitsə də davamlılığı özünü qoruyub saxlayıb. 
      İstər layihənin açılış tədbiri, istərsə də bağlanış tədbiri təntənəli şəkildə baş tutdu. Millət vəkili Pərvin Kərimzadə, Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları, məktəb direktorları, fəlsəfə doktorları, gənc alimlər, direktor müavinləri və bir çox mötəbər insanların qatıldığı tədbirlər təntənəli şəkildə təşkil olundu. 
Diaqnostik və yekun müşahidələr aparıldı. Təlimlər, psixoloji görüşlər keçirildi. Layihə çərçivəsində həmçinin dəyərli millət vəkili Pərvin Kərimzadə ilə görüş təşkil edildi. Qadın və Uşaq sığınacağına ziyarət olundu və erkən nikah qurbanlarının acınacaqlı həyat hekayələri ilə tanış oldular. 
Bukletlər hazırlanıb şagirdlərə və məktəblərə paylanıldı. 


Layihədə 4 nömrəli xarici dillər təmayüllü məktəb lisey, 3 nömrəli tam orta məktəb, 40 nömrəli tam orta məktəb və Samux rayon Səhrəddin Əliyev adına 2 nömrəli tam orta məktəb iştirak etdi. Layihənin icra müddəti 5 oktyabr -5 yanvar tarixlərini əhatə edirdi.

Həmçinin, layihədə maarifləndirici sosial çarx da çəkilib ictimaiyyətə təqdim olundu. Layihə gözlənilən nəticəni verdi və çox uğurla tamamlandı. 
Leyla Camalzadəyə daha böyük uğurlar və bol-bol layihələr icra etməyi arzulayırıq.


Uğurlar arzulayırıq !

Oxşar xəbərlər