"Müəllimlərimizi Tanıyaq" - Aynurə Rəvan
21-01-2023, 19:00
810

"Müəllimlərimizi Tanıyaq" - Aynurə Rəvan


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Aynurə Rəvan haqqında danışacağıq :

Abdullayeva Aynurə Hacı qızı 1978-ci ildə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur.

1984-cü ildə Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur.

1995 -ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur.

1998-ci ildə Azərbaycan Müəllimlər İnstitutu İbtidai təhsilin pedaqogika və metodikası fakültəsinə daxil olmuşdur. 

2003-cü ildə həmin ali məktəbi bitirərək ibtidai sinif müəllimi ixtisasına yiyələnmişdir.2005-ci ildən müəllim kimi işləməyə başlamışdır.

2017-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin Diaqnostik qiymətləndirilməsində 54 bal yığaraq rayon üzrə yüksək nəticə göstərmişdir.

Hal-hazırda Zaqatala rayonu Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışır.

Peşəsini sevən və hər zaman həm iş  kollektivinin, həm də şağirdlərinin sevimlisi olan Aynurə müəlliməyə gələcək işlərində uğurlar arzu edirik.


!
0 0

Şərhlər

Oxşar xəbərlər