"Müəllimlərimizi Tanıyaq" - İbrahimli Çinarə
28-12-2022, 10:00
713

"Müəllimlərimizi Tanıyaq" - İbrahimli Çinarə


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə - İbrahimli Çinarə haqqında danışacağıq .

İbrahimli Çinarə Nemət qızı 18 dekabr 1999-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. 

2016-ci ildə orta məktəbi bitirib 435 balla Gəncə Dövlət Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasına qəbul olmuşdur. 

2021-ci ildə universiteti bitirib elə həmin il də Müəllimlərin İşə Qəbulu müsabiqəsində yer tutaraq, Şəmkir rayon Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbdə İnformatika müəllimi kimi fəaliyyət göstərmişdir. 

Növbəti il isə Müəllimlərin İşə Qəbulu üzrə Müsabiqədə 83 balla Gəncə şəhəri üzrə birinci yerə layiq görülmüşdür.  

Hal-hazırda Gəncə şəhəri 27 nömrəli məktəb-liseydə Rəqəmsal bacarıqlar fənni üzrə fəaliyyət göstərir.

 Tədris etdiyi Riyaziyyat və İnformatika fənlərinin sirlərini şagirdlərə aşılamaq üçün müxtəlif üsullardan istifadə edir. Ümumiyyətlə, təkcə şagirdlərinə savad vermək deyil, həmçinin onların hərtərəfli inkişafı üçün səy göstərir.

İşlədiyi məktəbin müasir standartlara cavab verməsi dərsləri yeni texnologiyalarla keçmək onun üçün ən gözəl fürsətlərdəndir. Və bu fürsətlərdən yetərincə yararlanır ,müasir kurikulum prinsiplərinə uyğun dərs keçdiyi üçün həm şagirdləri, həm də özü keçdiyi dərsin keyfiyyətindən məmnun olur.

Çinarə müəllimənin dilindən: Müəllimlik peşəsi - ən ülvi, ən vicdanlı bir peşədir. Bu peşəyə olan sevgini yaşatmaq üçün daim çalışmaq lazımdır. Arzusu müəllim olmaq hər bir abituriyentə isə demək istəyirəm ki, onlar çox şanslı insanlardır ki, içlərində müəllimlik sevdası var. Şagirdlərimə bir müəllim nümunəsi olmağımın nəticəsində artıq onların bir neçəsi gələcəkdə müəllim olmağı qarşısına məqsəd qoyub. Bir gənc müəllim üçün bundan yaxşı sevinc, uğur nə ola bilər ki? Təcrübəm az olsa da, qazandığım uğurlar məni günü-gündən daha da həvəsləndirir, çalışıram yeni fərqli metodlarla dərslər keçim. Həqiqətən də, şagirdlərlə ünsiyyətdə olduqca, onlara savad, təlim, tərbiyə verdikcə insan peşəsindən  xüsusi bir zövq alır.
0 0

Şərhlər

Oxşar xəbərlər