Lənkəranda  “Təhsildə Ekspres qiymətləndirmə” adlı təlimlər keçirilib - VİDEO
23-11-2022, 17:34
969

Lənkəranda “Təhsildə Ekspres qiymətləndirmə” adlı təlimlər keçirilib - VİDEO

TehsilForumu.Az xəbər verir ki, Lənkəran rayonu, Liman şəhər İlqar Mahmudov adına 1 saylı tam orta məktəbin kimya müəllimi Həbibova Fidan Şakir qızının “Təlim prosesinə “Ekspres” qiymətləndirmə metodunun tətbiqi layihəsi çərçivəsində 16-20 noyabr tarixlərində “Təhsildə Ekspres qiymətləndirmə” adlı təlimlər keçirilib.

Təlimlər zamanı Lənkəran rayonu, Liman şəhəri 1 saylı tam orta məktəbin müəllim və şagirdləri ekspres qiymətləndirmə metodunun mahiyyəti, funksiyaları və tətbiqi ilə tanış olublar. Layihənin bağlanış mərasimi Liman şəhəri, 1 saylı tam orta məktəbin direktoru Sevər Ağayevanın iştirakı ilə həyata keçirilib. Bağlanış mərasiminin sonunda təlim iştirakçılarına sertifikat təqdim olunub.

0 0

Şərhlər

Oxşar xəbərlər