“Yaradıclıq festivalı – ibtidailər ilə” layihəsi  - Əsmər Kərimova
28-11-2021, 21:03
874

“Yaradıclıq festivalı – ibtidailər ilə” layihəsi - Əsmər Kərimova

82 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, ingilsi dili müəllimi Əsmər Kərimova “Təhsildə İnkişaf və İnnovasiyalar” üzrə V qrant müsabiqəsinin fərdi kateqoriya üzrə “Yaradıclıq festivalı – ibtidailər ilə” layihəsinin qalibidir.


Bildiyimiz kimi 21 əsr ixtiralar üzərində qurulub və avadanlıq mühədisliyi kimi tanınır. Mühəndislik sahəsində uşaqlar mühəndis dizayn və tətbiqetmə prosesindən istifadə edərək müxtəlif kompüter qurğularını, avadanlıqları test edir.


Video sensing uşaqlara öz video oyunlarını dizayn etməyə, proqramlaşdırmağa və interaktiv web kameralarla test etməyə icazə verir. Şagirdlər 21ci əsrin bu yeni və lazımlı bacarıqlarına yiyələndirmək üçün Bakı şəhəri üzrə 5 ümumtəhsil məktəbi seçilmiş və bu seçilmiş məktəblərin 4-cü sinif şagirdlərini onlayn təlimlərə cəlb olunub.


İbtidai siniflərdə yaradıcılıq bacarıqları inkişaf etdirmək üçün 3D qələmlərlə maketlər hazırlanacaq və layihənin bağlanışı onlayn festival ilə bitəcək. Şagirdlərin yaradıcı potensialını daha da inkişaf etdirmək, zamanın tələbinə uyğun yeni bacarıqları onlarda yaratmaq və inkişaf etdirmək və təhsilimizə töhvə vermək üçün bu layihə həyata keçirilir
0 0

Şərhlər

Oxşar xəbərlər