"STEAM-ibtidailərdən başlasın" layihəsi - Mehparə Mirzəyeva
28-11-2021, 12:48
649

"STEAM-ibtidailərdən başlasın" layihəsi - Mehparə Mirzəyeva

Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib layihələrindən biri də "STEAM-ibtidailərdən başlasın" layihəsidir.

Layihənin müəllifi Zaqatala şəhər Z.Murtuzəliyev adına 1N-li tam orta məktəbin ibtidai sinif müəllimi Mehparə Mirzəyeva: Qərbdə, Avropada, Asiya və şərq ölkələrində tətbiq olunan tədris modelindən- STEAM-dən söhbət gedir. Mənasına gəlincə STEAM-elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın vəhdətidir. Avropa modelinə daha yaxın olan STEAM-in 2019-2020-ci tədris ilindən fənn olaraq tətbiqinə başlanıb.


Bildiyimiz kimi STEAM dərsləri 6-cı sinifdən başlayaraq tədris olunur. Ancaq 4-cü siniflərdə oxuyan kiçikyaşlı məktəblilərdə erkən yaşdan yaradıcılıq vərdişlərinin formalaşması böyük əhəmiyyət kəsb edir. 4-cü sinif şagirdləri elektrik mühəndisliyi, sərbəst layihələrin yaradılması, tinkering kimi sahələrdə özlərini tez tapa bilər və yuxarı siniflərdə daha dərin yaradıcılıq işləri həyata keçirərək elm və texnikanın vəhdəti ilə möcüzələr yaradarlar.


Şagirdləri 21-ci əsrin bu yeni və lazımlı bacarıqlarına yiyələndirmək üçün Zaqatala rayonu üzrə 6 ümumtəhsil məktəbindən seçilən 30 müəllim STEAM dərslərində iştirak edir. İbtidai siniflərdə yaradıcılıq bacarıqlarını inkişaf etdirmək və təhsilimizə töhvə vermək üçün bu layihə həyata keçirilir.
0 0

Şərhlər

Oxşar xəbərlər