"Müəllimlərimizi Tanıyaq"-Fatimə Hacibəyli
29-01-2022, 11:23
1 565

"Müəllimlərimizi Tanıyaq"-Fatimə Hacibəyli

"Müəllimlərimizi Tanıyaq" adı altında bu dəfə Fatimə Hacibəyli  haqqında söhbət edəcəyik


Fatimə Hacibəyli 1972-ci il oktyabrın  19-da Qazax rayonu Ağstafa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 

1979-cu ildə Xətai rayonu 138 saylı məktəbinin 1-ci sinfinə getmişdir. 
1990-ci ildə Azərbaycan dillər universitetinə qəbul olmuşdur.

 Atası Hacıyev Siyavus inşaat mühəndisidir. Uzun illlər yüksək rutbələrdə çalışmışdır. 1996-cı ildə ürək çatışmamazlığından dünyasını dəyişib.    
Anası Haciyeva Durdanə inşaat mühəndisidir uzun müddət keçmiş Voldorski tikis fabrikində müdür müavini vəzifəsində çalışıb. Hal hazırda təqaüdçüsüdür. Ailədə 3 uşaqdılar. Hər 3-ü təhsillidir. 

Fatimə Hacıbəyli müəllimlik peşəsinə valideynlərinin istəyi ilə yiyələnib. Özü isə jurnalist olmağı arzu edib.

 Beləliklə universteti bitirdikdən sonra Xətai rayonu 25 sayli məktəbdə ingilis dili müəlliməsi kimi fəaliyyətə başlayıb. 
Bu günə kimi də, həmin məktəbdə çalışır.

  Fatimə Hacıbəyli bu illər ərzində böyük şirkətlərdə tərcüməçi kimi fəaliyyət göstərib.
 Xocalı ilə bağlı xaricdə yayımlanan bir kitabın tərcüməsini edib. 5 il arzusunda olduğu jurnalist fəaliyyətini həyata keçirdib. 

2015-ci ildə Xətai rayonundan millət vəkilliyinə namizəd olub. 
Hal hazırda Xətai rayon YAP idarə heyətinin üzvüdür. Fatimə Hacibeyli müəllimliklə paralel ictimai xadim adına da layiq olub . Dəfələrlə müxtəlif mükafat və diplomlara layiq olub. 

2020-ci ildə ilin personasi kimi uğurlu mükafatla təltif olunub. 

2015-ci ildən Dövlət Dəstəyi Agentliyininin nəzdində öz təşkilatını yaradıb. Bu təşkilat vasitəsi ilə Fatimə müəllimə çox xeyriyyə və marifləndirici tədbirlər edib.

  Fatimə Hacibeyli 27 illik iş təcrübəsində 4 defe sinif rəhbəri olub. Zamanında jurnalist olmaq istəsə də bu gün seçim etsəm yenə müəllimə olardım deyə cavab verir. 
Uşaqları cox sevir . Ailəlidir iki övladı, bir nəvəsi var 

0 0

Şərhlər

Oxşar xəbərlər