“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçirilib
12-06-2024, 17:05
239

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçirilib

Elm və təhsil nazirliyindən TehsilForumu.Az - a verilən məlumata görə 11–12 iyun tarixlərində “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi çərçivəsində Lənkəran və Şəki məktəbliləri teatr tamaşalarını izləyiblər. 
 

Nümayiş etdirilən tamaşalar Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” və Şəki Dövlət Dram Teatrında “Çələbi xan” olub. Tamaşaları ümumilikdə 2 500 nəfərə yaxın məktəbli izləyib. 
 

Layihə Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
 

Qeyd edək ki, layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir. Layihə çərçivəsində növbəti tədris ilindən 6 000 nəfərdən çox region məktəblisi müxtəlif teatrlarda nümayiş olunan tamaşaları izləmək imkanı qazanacaq.


Qeyd edək ki, növbəti tədris ilində də layihə davam etdiriləcək.
0 0

Şərhlər

Oxşar xəbərlər