Press reliz. ..
12-06-2024, 08:22
236

Press reliz. ..

TehsilForumu.Az təqdim edir.  "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən "Müəllim cəmiyyətin xilaskarı kimi" layihəsinin fəaliyyət planına uyğun olaraq layihə heyəti 10 iyun 2024-cü il tarixində Şamaxı şəhərində olub.
Layihənin icrasına hazırlıq məqsədilə rayon İcra hakimiyyətinin nümayəndələri, Daglıq Şirvan Regional Təhsil İdarəsi, Şamaxı Təhsil sektorunun rəhbərliyi ilə görüş-məsləhətləşmələr keçirilib. İctimaiyyət, sosial media və aidiyyəti qurumların təkliflərini nəzərə alaraq, 11 iyun 2025-ci il tarixdə Şamaxı şəhər Elşən Hüseynov adına 2 nömrəli tam orta məktəbdə rayonun 12-dən çox nümunəvi müəllimləri ilə görüş müsahibə aparılıb, Seçim və Qiymətləndirilmə Komissiyasının qəbul etdiyi müvafiq meyarlar əsasında 2 ən nümunəvi müəllim seçilib. Müəllimlərin ailələri ziyarət edilib, müəllimlər öz həyat yolu, yaradıcılıq və təcrübələrinin təqdimatlarını keçiriblər. Seçilən müəllimlər arasında təcrübəsi çox olan Şəhid Elgün Quliyevin anası ziyarət edildi. Müəllimlərlə keçirilən bu müsahibə görüşdə Bakıdan birliyin icraçı direktoru Şahin Rəcəbov olmaqla, AVMA İB Ekspertlər Şurasının sədri, təhsil eksperti Nadir İsrafilov, Təhsil Forumu Sosial Platformasının rəhbəri Emil Tağızadə, Valideyn Fokus Qrupunun rəhbəri Aybəniz Mahmudova olublar. Seçimdən kənar qalan digər müəllimlərin də fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması qərara alındı və 5 nəfər yerindəcə mükafatlandırıldı.

Layihə 1 may-31 iyul (3 ay) müddətini əhatə etməklə, 15 rayonu- Sabirabad, Siyəzən, Şamaxı, İsmayıllı, Qazax, Ağdaş, Göyçay, Salyan, Biləsuvar, Astara, Yardımlı, Qusar, Xaçmaz, Zaqatala, Balakən əhatə edəcəkdir.

Layihənin əsas məqsədi nümunəvi müəllimlərimizi və onların təcrübələrini cəmiyyətə və ictimaiyyətə tanıtmaq, sosial mediada təbliğ etmək, müəllim nüfuzunun yüksəldilməsinə töhvə verməkdir. Layihə üzrə növbəti səfər İsmayıllı rayonuna olacaqdır.
Layihənin icrasında dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tərəfdaşlarımız
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Şamaxı rayon İcra Hakimiyyətinə , Daglıq Şirvan Regional Təhsil İdarəsinin rəhbəri Rovshan Aliyevə, Şamaxı rayon Təhsil sektoruna, Şamaxı şəhər Elşən Hüseynov adına 2 nömrəli tam orta məktəbin direktoru İsgəndər Həsənova, Təhsil Forumu Sosial Platformasının rəhbəri Emil Tagızadəyə, təhsil eksperti Nadir İsrafilova, Valideyn Fokus Qruplarına və əziz müəllimlərə minnətdarlığımızı bildiririk.  

Yerli icra, təhsil orqanları, icmalar, təhsil təşkilatları təkliflərini, müəllimlər öz təqdimatlarını (CV, videomateriallar və s) [email protected] emailnə, 0705250300 WhatsApp nömrəsinə göndərə bilərlər.

AVMA Mətbuat və İctimaiyyətlə Əlaqələr Xidməti.



0 0

Şərhlər

Oxşar xəbərlər