AZƏRBAYCAN QLOBAL TƏŞƏBBÜSLƏR  ÖLKƏSİDİR
28-11-2021, 21:36
321

AZƏRBAYCAN QLOBAL TƏŞƏBBÜSLƏR ÖLKƏSİDİR

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vlll Qlobal Bakı Forumda çıxış edərək Dünyanı cənginə alan pandemiya ilə bağlı ölkəmizin gördüyü işlər barədə məlumat verib: “Azərbaycan pandemiya ilə mübarizədə böyük uğurlara imza atıb.  Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib.”

      Qeyd etmək lazımdır ki, dünyada COVID-19-un pandemiya elan edilməsindən ötən müddət ərzində Azərbaycan dövləti tərəfindən vəziyyət ciddi nəzarətə götürülüb, ölkəmizdə infeksiya ilə mübarizə sahəsində sistemli işlər aparılıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla həyata keçirilmişdir. 

   Cənab Prezident, həmçinin bildirmişdir ki, əhali vaksinasiya məsələsinə çox məsuliyyətlə yanaşır. Azərbaycanda əsasən iki peyvənddən istifadə olunur. “Sinovac” və “Pfizer”dən və peyvəndləmə səviyyəsi yüksəkdir. Bu cür nəticələrin əldə olunması dövlət siyasəti sayəsində mümkün olmuşdur. Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu işləri xeyli asanlaşdırır.    

       Əvvəllər tətbiq olunan qapanmaların yükünü azaltmaq üçün ciddi tədbirlər görülmüşdür.

        Azərbaycan hökuməti işini itirmiş, qapanmalardan əziyyət çəkmiş insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketini ayırmışdır və paketin ümumi dəyəri 2,9 milyard ABŞ dolları idi. Bu vəsait dövlət büdcəsindən maliyyələşmişdir.

     Qlobal miqyasda Azərbaycan  çox fəal addımlar atıb.“Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs ilə çıxış etmişdir. Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkədir. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır.

     Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım göstərmişdir. Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Azərbaycan təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilmişdir.Azərbaycanın bu istiqamətdə gördüyü işlər Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib, Azərbaycanın təcrübəsi başqa ölkələr üçün nümunə olaraq göstərilib.

    COVID-19 pandemiyasına  qarşı mübarizədə bütün dünyaya “birlikdəyik” mesajının ünvanlanması, məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüskarlığının və qlobal liderliyinin göstəricisidir.

     Ümumiyyətlə qeyd etmək lazımdır ki, respublikamız qlobal məsələlərin həllində söz sahibi olan ölkəyə çevrilib. Bu tərəqqini şərtləndirən amillərdən biri də məhz Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətidir.

    Bakıda keçirilən beynəlxalq tədbirlər, o cümlədən dövlət başçısının müxtəlif kürsülərdən Azərbaycanı layiqincə təmsil etməsi ölkəmizin nüfuzunun artmasına, səbəb olur. 


Şəki şəhər 14 saylı tam orta məktəbin
  tərbiyə işləri üzrə direktor müavini: 
          Samirə Əliəsgərova
0 0

Şərhlər

Oxşar xəbərlər