QALİB XALQIN QƏHRƏMAN ORDUSU
12-12-2021, 18:29
899

QALİB XALQIN QƏHRƏMAN ORDUSU

Hər bir dövlətin varlığının qorunmasında ordu müstəsna əhəmiyyətə malikdir.

Tarixi səhifələdikcə görürürük ki, xalq olaraq itirdiklərimizin kökündə ordumuzun olmaması mühüm yer tuturdu. Ordumuzun olmamasının kökündə isə əsarətdə olduğumuz imperiyaların siyasəti dururdu. 

Belə bir ordunu yaratmaq üçün isə hərbi işi bilən milli kadrlar çatışmırdı, buna görə də ordu təşkili çox çətin bir iş idi, lakin ordusuz da öz müstəqilliyini qoruyub saxlaya bilməzdi.

Ümummilli liderimiz Heydər Əliyevin ikinci hakimiyyəti dövründə, 1999-cu ildə Azərbaycanda Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı, bu addımların milli zabit kadrlarımızın yetişdirilməsində böyük rola malik olduğunu qeyd etdi.

Azərbaycanın hərbi qüdrətinin artırılması dövlət siyasətinin prioritetidir. Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda başlayan və 44gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq tarixi nailliyyətə imza atdı.

Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanının şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusunun qələbə salnaməsi daim xalqın yaddaşında yaşayacaqdır.

Qalib xalqın hər bir hərbçisi qəhrəmandır. Bu qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.

Mən fəxr edirəm ki, qalib xalqın müəlliməsiyəm.

Şəki şəhər Qaradağlı kənd ümumi orta məktəbin
riyaziyyat müəllimi Mustafayeva Aytən Həsənsultan qızı.
0 0

Şərhlər

Oxşar xəbərlər