Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müəllimlərarası III “Zəfər” olimpiadasına qeydiyyat başladı!
14-09-2023, 13:55
314

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müəllimlərarası III “Zəfər” olimpiadasına qeydiyyat başladı!

TehsilForumu.Az xəbər verir ki, Olimpiadada bəlli ixtisaslar üzrə müəllimlik ixtisasını bitirən bütün şəxslər iştirak edə bilər:
-Daimi və müqavilə əsasında işləyən müəllimlər
-Müəllimlik ixtisası olub da, işləməyən şəxslər
Olimpiada Azərbaycan dili və ədəbiyyat, İbtidai sinif, İngilis dili, Riyaziyyat, Tarix, Fizika, Kimya, Biologiya və Coğrafiya ixtisasları üzrə keçiriləcək.
Olimpiada 2 mərhələdən ibarət olacaq. İştirakçılar birinci mərhələdə onlayn formada, ikinci mərhələ isə əyani formada iştirak edəcəklər. Birinci mərhələdə iştirakçılara ixtisasları üzrə 30 qapalı test sualı veriləcəkdir. Suallar məktəb dərsləri əsasında olimpiada səviyyəsində Azərbaycanın peşəkar müəllimləri tərəfindən hazırlanıb.
İlk mərhələni uğurla keçən şəxslər final mərhələsində mübarizə apara və aşağdakı hədiyyələri qazana bilərlər:
-İlk yerlərə noutbuk, planşet və smartfonlar;
-Azərbaycanın tanınmış nəşriyyatlarından qiymətli kitablar;
-”Uniser Education”-dən endirim kuponları ;
-100-dək müxtəlif hədiyyələr və digər çoxlu mükafatlar.
Layihədə iştirak üçün https://edu.uniser.az/ bölməsindən qeydiyyatdan keçin.
Qeydiyyatdan keçdikdən bir müddət sonra məkan və vaxt barədə mobil nömrələrinizə ismarıc göndəriləcəkdir! Qeydiyyat forumunda ixtisaslarla tanış ola bilərsiniz
Öyrənin, rəqabət aparın və uğur qazanın!

Əlaqə:
+994 51 250 07 01
Bəsti Bağırova 2a (Statistika dairəsi)
0 0

Şərhlər

Oxşar xəbərlər