Rəssam olmaq istəyənlərə -  MÜRACİƏT
17-07-2023, 06:59
381

Rəssam olmaq istəyənlərə - MÜRACİƏT

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 10, 11 və 12-ci komissiyalara aid rəsm fənni üzrə keçirilmiş qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər rəngkarlıq (10 və 11-ci komissiya) və yapma (12-ci komissiya) imtahanında iştirak etmək üçün “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 
TehsilForumu.Az  xəbər verir ki, təsviri incəsənət müəllimliyi (13-cü komissiya) və 9 illik təhsil bazasında 211-ci komissiya üzrə qeydiyyatdan keçmiş abituriyetlərin də “İmtahana buraxılış vərəqəsi” qeydiyyatdan keçdikləri səhifələrində yerləşdirilib.

 

Qabiliyyət imtahanlarının qrafiki ilə buradan tanış ola bilərsiniz.
0 1

Şərhlər

Oxşar xəbərlər