“Sabahın alimləri” müsabiqəsi çərçivəsində müəllimlər üçün təlim keçiriləcək
4-01-2023, 14:11
400

“Sabahın alimləri” müsabiqəsi çərçivəsində müəllimlər üçün təlim keçiriləcək

TehsilForumu Az - Bu ilin fevral ayında keçiriləcək “Sabahın alimləri” XII respublika müsabiqəsi çərçivəsində müəllimlər üçün təlim akademiyası təşkil olunacaq.

Təhsil İnstitutundan bildirilib ki, burada müxtəlif elm adamları, sahə üzrə mütəxəssislər və digər maraqlı şəxslərlə görüşlər keçiriləcək.

Təlim əsasən “Sabahın alimləri” respublika müsabiqəsinin 8 istiqaməti (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə IX-XI siniflərdə tədris aparan müəllimlər üçün nəzərdə tutulur.

Təlimdə iştirak etmək istəyən müəllimlər yanvarın 8-dək www.sabahinalimleri.edu.az internet səhifəsində qeydiyyatdan keçə bilərlər.
0 0

Şərhlər

Oxşar xəbərlər