“Teknofest” əsasında “Teknofest Azərbaycan” festivalı təşkil olunacaq
30-01-2022, 11:24
347

“Teknofest” əsasında “Teknofest Azərbaycan” festivalı təşkil olunacaq

Cari ilin 26-29 may tarixlərində Azərbaycanda Türkiyənin ən böyük texnologiya festivalı olan “Teknofest” əsasında “Teknofest Azərbaycan” festivalı təşkil olunacaq.

TehsilForumu.Az xəbər verir ki, festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə gənclər arasında müsabiqələrin keçirilməsi planlaşdırılıb.

“Teknofest Azərbaycan” tədbiri çərçivəsində keçirilən “Baku Skills” kateqoriyası üzrə müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ARTİ-nin dəstəyi ilə STEAM Azərbaycan layihəsi tərəfindən təşkil olunur.

“Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasında istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir.

Sözügedən yarışmada 3D modelləşdirmə və çap sahəsində marağı və biliyi olan bütün tələbələr iştirak edə bilər. “Baku Skills” (3D modelləşmə, 3D çap) kateqoriyası üzrə yarışmada iştirak hüququ qazanmış komandalar üçün lazımi avadanlıq və ləvazimat təchizatı Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.

Müsabiqə haqqında ətraflı məlumat və qeydiyyat üçün keçid:
https://teknofest.az/az/competitions/competition/6

Yarışmaya qeydiyyat üçün son tarix 17 fevral 2022-ci ildir.

Sözügedən müsabiqə ilə bağlı hər hansı sualınız olarsa, ARTİ-nin Təhsildə innovasiyalar şöbəsinin elektron poçt ünvanı ([email protected]) yaxud +994 51 720 54 04 mobil nömrə vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd edək ki, 1, 2 və 3-cü yerlərin sahibi olacaq komandalar və onların rəhbərləri üçün pul mükafatları nəzərdə tutulub.

Yarışma haqqında tələbələri ətraflı məlumatlandırmaq üçün yaxın günlərdə infosessiyaların keçirilməsi nəzərdə tutulur. İnfosessiyalarla bağlı ətraflı məlumat almaq üçün @steam.edu.az səhifəsini izləmədə qalın.
0 0

Şərhlər

Oxşar xəbərlər